Rusiya səfiri İrana hücum olarsa, nə edəcəklərini açıqlayıb

Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev “Əş-Şərqiyyə” telekanalına müsahibəsində aparıcının tənqidedici suallarına cavab verməyə çalışıb.
Crossmedia.az bununla bağlı KİV-ə istinadən xəbər verir.
Aparıcı səfirə “Əgər İrana hücum ediləcəyi təqdirdə Rusiya Tehranın yanında olacaq?” sualına cavab olaraq deyib ki, “Moskva hücuma məruz qalan hər bir ölkənin yanındadır”.
İraqlı teleaparıcı diplomatın cavabına reaksiya verərək, “İraqdakı müqaviməti ABŞ bombalayanda yanında deyildiniz”, deyib. Kutraşev isə “yanında idik”, kimi cavablayıb. Aparıcının “necə dua etməklə?” sualına isə səfir qeyd edib: “Bəli, dua etmək kifayət deyil? 150 milyon rus dua edir. Bu az bir şey deyil. Çox yaxşıdır”.
15:40 19.04.2025
Oxunuş sayı: 657