Uoltz və Rubio İranın nüvə obyektlərinə zərbələr endirdirilməsi tərəfdarıdırlar

Uoltz və Rubio İranın nüvə obyektlərinə zərbələr endirdirilməsi tərəfdarıdırlar, amma Vens qarşıdır.
Crossmedia.az "The Washington Post"-a istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uoltz və ABŞ dövlət katibi Marko Rubio nüvə silahının inkişafı ilə potensial əlaqədə olan İran ərazilərinə hərbi zərbə endirilməsi ideyasını dəstəkləyiblər.
Eyni zamanda, ABŞ-ın vitse-prezidenti J.D.Vens və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard genişmiqyaslı regional münaqişənin risklərini qeyd edərək, daha ehtiyatlı mövqe nümayiş etdiriblər.
15:12 19.04.2025
Oxunuş sayı: 665