ABŞ hərbi konvoyları Suriyadan çıxaraq İraqa daşınıb

Ərəb mediasının paylaşıdığı videoya əsasən, ABŞ ordusunun böyük konvoyları Suriyadan çıxaraq İraqa doğru hərəkət edir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Suriyadan çıxışın ilk mərhələsində təxminən 600 əsgər geri çəkilib və oradakı ümumi əsgər sayı təxminən 1,400-ə enib.
Suriyanın şimal-şərqindəki üç ABŞ bazası, o cümlədən Deyr əz-Zor bölgəsindəki Conoco qaz yatağı yaxınlığında yerləşən baza bağlanıb.
14:10 19.04.2025
Oxunuş sayı: 1232