İran rəsmisi: “Tehran qonşu ölkələrlə mehriban əlaqələrə sadiqdir”

İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi deyib ki, Tehran sülhün əldə olunmasında İrəvan və Bakıya dəstək verməyə hazırdır. Crossmedia.az xəbər verir ki, bu barədə ermənipərəst “Miran Press” teleqram kanalı “Tehran Times” qəzetinə istinadən məlumat yayıb.
Məlumata görə, o, Ermənistan və Azərbaycan arasında sülh sazişinin regional sabitlik üçün əhəmiyyətini vurğulayaraq, iki ölkəni gələcəyə baxmağa çağırıb və sülh sazişinin imzalanmağa hazır olduğunu qeyd edib.
İran XİN rəhbərinin müavini “ərazi bütövlüyünün pozulmasını pisləyib” və bildirib ki, “başqa ölkənin ərazisini işğal etmək üçün hərbi gücdən istifadə etmək olmaz”. Rəvançi “sülhsevər gələcəyi təmin etmək üçün qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan regional əməkdaşlığa çağırıb”.
10:00 19.04.2025
Oxunuş sayı: 749