ABŞ və Ukrayna Bərpa İnvestisiya Fondu haqqında Memorandum imzalayıb

Birləşmiş Ştatlar və Ukrayna, Ukraynanın yenidən qurulması və ikitərəfli əlaqələrin gücləndirilməsi məqsədilə İqtisadi Tərəfdaşlıq və Bərpa İnvestisiya Fondu üzrə rəsmi sazişi yekunlaşdırmaq üçün Niyyət Memorandumu imzalayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Memorandum aşağıdakıları vurğulayır:
-Azad, suveren və təhlükəsiz Ukrayna üçün ortaq baxış;
-Ukraynaya davamlı maliyyə və maddi dəstəyi;
-Daha geniş iqtisadi tərəfdaşlıq çərçivəsində yaradılacaq bərpa fondu;
-Ukraynanın Aİ-yə üzv olmaq öhdəliklərinə və kreditorlara qarşı öhdəliklərinə hörmət.
Danışıqların 26 aprelədək tamamlanması gözlənilir.
09:47 19.04.2025
Oxunuş sayı: 803