Tramp Suriyanın yeni hökumətinə ultimatum verir

ABŞ Suriya hakimiyyətindən “ekstremistlərin” ciddi şəkildə təmizlənməsini və ölkə ərazisində fəaliyyət göstərən fələstinli döyüşçülərin deportasiyasını tələb edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki,yalnız bu şərtlər yerinə yetirildiyi halda, Vaşinqton sanksiyaların qismən yumşaldılmasına razı ola bilər.
Tələblər siyahısında Rusiya yer almır ,söhbət yalnız Dəməşqin daxili siyasətindən və fələstinli qruplaşmalara münasibətindən gedir.
Zəhra Məmmədova
23:16 18.04.2025
Oxunuş sayı: 1117