İran XİN: Xameneyinin Putinə mesajı regional məsələlərə toxunur

İranın xarici işlər naziri Abbas Əraqçı Rusiya XİN rəhbəri Sergey Lavrov ilə bu gün keçirilən birgə mətbuat konfransında ali rəhbər Əli Xameneyinin məktubunu Rusiya prezidenti Vladimir Putinə təqdim etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Əraqçının sözlərinə görə, “Xameneyinin Putinə mesajı İran-Rusiya münasibətlərinin istiqamətini müəyyənləşdirir və regional məsələlərə toxunur”.
Nazir əlavə edib ki, dünən baş tutan Putinlə görüş konstruktiv keçib: “Bu, münasibətlərimizin düzgün istiqamətdə inkişaf etdiyini göstərir. Tehran və Moskva arasında heç vaxt bu qədər güclü əlaqələr olmayıb”.
Mədinə Cəlilova
00:00 19.04.2025
Oxunuş sayı: 1094