İran rəsmisi: Trampın sazişdən yenidən çıxmayacağına zəmanət istəyirik

“İran, uranın zənginləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətləri qəbul etməyə hazırdır, lakin Vaşinqtondan, xüsusilə də prezident Donald Trampın gələcəkdə sazişdən yenidən çıxmayacağına dair güclü təminat tələb edir”.
Crossmedia.az xəbər verir ki, bu sözləri İranın yüksək rütbəli rəsmisi deyib. İran tərəfi mümkün nüvə sazişinin davamlılığını təmin etmək üçün hüquqi və siyasi zəmanətlər axtarır. Rəsmi həmçinin bildirib ki, Tehran müəyyən “qırmızı xətlərdə” geri addım atmayacaq:
Uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların sökülməsi;
Zənginləşdirmə fəaliyyətinin tamamilə dayandırılması;
Zənginləşdirilmiş uranın miqdarının 2015-ci ildəki səviyyəyə endirilməsi kimi tələblər qəbul edilməyəcək.
İran rəsmisi vurğulayıb ki, ölkə bu məsələlərdə güzəştə getmək niyyətində deyil və mövqeyini müzakirə masasında açıq şəkildə ortaya qoyacaq.
Mədinə Cəlilova
22:42 18.04.2025
Oxunuş sayı: 1074