Taliban Rusiyanın qadağanı dayandırmaq qərarını alqışladı

“Taliban” hərəkatı Rusiya Ali Məhkəməsinin onun fəaliyyətinə qoyulan qadağanı dayandırmaq qərarını müsbət və vacib addım kimi qiymətləndirib.
Crossmedia.az bildirir ki,bu barədə hərəkatın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttaki açıqlama verib.
Həmçinin Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, “Taliban”ın terrorçu təşkilat statusunun ləğvi Moskva ilə Kabil arasında tamhüquqlu tərəfdaşlıq qurulmasına yol açır. Nazirliyin sözlərinə görə, bu addım həm Rusiya, həm də Əfqanıstan xalqlarının maraqlarına xidmət edir.
Fidan Xəlilova
17:25 18.04.2025
Oxunuş sayı: 853