Kreml yerli xalqlara qarşı soyqırımı siyasəti aparır

“Stop the occupation of Karelia” (Kareliyanın işğalına son) hərəkatı Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edərək, Rusiyadakı yerli xalqların hüquqlarının ayrıca platformada müzakirə olunmasını tələb edib.
Crossmedia.az bildirir ki, müraciətdə Kremlin onilliklərdir yerli xalqlara qarşı “soyqırımı siyasəti” apardığı bildirilir: ana dillərin məhv edilməsi, öz müqəddəratını təyin etmə hüququnun boğulması, təbii sərvətlər üzərində nəzarət və bütün respublikalarda Moskvanın təyin etdiyi rəhbərlərin yerləşdirilməsi qeyd olunur.
Həmçinin Karellər vurğulayıb ki, beynəlxalq aləmdə onların səsi eşidilmir və onların adından əsasən rus müxalifəti danışır ,halbuki bu qrup “koloniyalaşdırılmış xalqların” maraqlarını təmsil etmir.
Qeyd edək ki,hərəkat AŞPA-ya çağırış edərək tələb edir ki, imperiya zülmü altında yaşayan xalqlara birbaşa söz verilsin, “Putinsiz Rusiya”nı qorumaq istəyənlərə deyil.
Fidan Xəlilova
16:50 18.04.2025
Oxunuş sayı: 836