Buna görə İran hələ də nüvə arsenalına malik deyil

“New York Times”ın ABŞ Prezidenti Donald Trampın İsrailin İranın nüvə obyektlərinə hücumunun qarşısını aldığına dair yaydığı məlumatdan sonra İsrail Baş nazirinin ofisi məsələ ilə bağlı ilk dəfə açıqlama verib.
Crossmedia.az xəbər verir ki, rəsmi bəyanatda məlumat birbaşa təkzib olunmasa da, qeyd edilib: “İsrail İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”.
Baş nazir Benyamin Netanyahu isə hücumun qarşısının alınması ilə bağlı xəbərlərə konkret münasibət bildirməyib. Bununla belə, İranın nüvə proqramına qarşı keçmişdə gördüyü tədbirləri xatırladaraq bildirib: “Mən saysız-hesabsız gizli əməliyyatlara rəhbərlik etmişəm. Bu əməliyyatlar nəticəsində İran hələ də nüvə arsenalına malik deyil.”
Mədinə Cəlilova
21:31 17.04.2025
Oxunuş sayı: 1569