Trampın nümayəndələri Makrona təzyiq göstərmək üçün Parisə gedib

ABŞ Prezidenti Donald Trampın nümayəndələri, senator Marko Rubio və iş adamı Stiv Vitkoff Fransaya səfər edərək prezident Emmanuel Makrona təzyiq göstərməyə çalışırlar.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Vaşinqton Parisin iki təşəbbüsündən narazıdır: atəşkəsdən sonra Avropa qüvvələrinin Ukraynaya yerləşdirilməsi ehtimalı və Fransanın Fələstin dövlətini tanıma perspektivi. Hər iki məsələ ABŞ-nin ciddi narahatlığına səbəb olub və Fransa Trampın “ayağındakı çınqıl” kimi qiymətləndirilir.
ABŞ-nin Rusiya Prezidenti Vladimir Putinlə təmasların açıqlanmayan təfərrüatları və Ukraynaya hərbi-kəşfiyyat dəstəyinin mümkün dayandırılması da daxil olmaqla Fransa üzərində təsir rıçaqları olduğu bildirilir. Eyni zamanda, Avropanın bu boşluğu doldurmağa hazır olmadığı vurğulanır.
Mədinə Cəlilova
21:05 17.04.2025
Oxunuş sayı: 839