Müharibə diplomatiyası Parisdə davam edir

Fransa Prezidenti Emmanuel Makron ABŞ dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkofu qəbul edib.
Crossmedia.az "The Guardian"- a istinadən xəbər verir ki, Makron ABŞ nümayəndə heyəti ilə görüşdən dərhal əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıq aparıb.
Dövlət Departamenti daha əvvəl bildirmişdi ki, Rubio, Uitkof və Makron Rusiya-Ukrayna müharibəsinin dayandırılması yollarını və regiondakı ümumi maraqları müzakirə edəcəklər.
Pərvin Hacıyeva
18:40 17.04.2025
Oxunuş sayı: 884