Vens Nvidia rəhbəri ilə bağlı araşdırma barədə danışıb
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Nvidia şirkətinin rəhbəri Jensen Huanq ətrafında yaranmış qalmaqalla bağlı araşdırma məsələsinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, "Reuters, agentliyinin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Jensen Huangın şirkətin rəhbəri vəzifəsinə qaytarılmasından əvvəl onun barəsində formal istintaq aparmayıb.
Məlumata əsasən, ABŞ-nin baş prokuroru Todd Blanş Nvidia-nın iki biznes tərəfdaşı – Super Micro Computer və Megaspeed International şirkətləri ilə bağlı araşdırmaların nəticələrinə əsaslanaraq Huangın qanun pozuntusuna yol verdiyini təsdiqləyən sübutların olmadığını bildirib.
Qeyd edək ki, Jensen Huang daha əvvəl Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətləri barədə yayılan məlumatlardan sonra vəzifəsindən ayrılmışdı. Nvidia-nın direktorlar şurası onun ətrafında yaranmış vəziyyəti araşdırmaq üçün müstəqil komitə yaratmışdı.
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens Huangın yenidən vəzifəsinə qaytarılması prosesində iştirak ediblər. Onların mövqeyindən sonra Nvidia rəhbəri vəzifəsinə bərpa olunub.
Bununla belə, şirkət və onun rəhbəri ətrafında yaranmış məsələ ABŞ Konqresində də müzakirələrə səbəb olub. Konqres üzvləri araşdırmanın davam etdirilməsini və milli təhlükəsizliklə bağlı suallara aydınlıq gətirilməsini tələb edirlər.
23:35 25.11.2026
Oxunuş sayı: 43