Qlobal fond bazarlarında indekslər kəskin çökdü
Dünya fond bazarlarında həftə ərzində kəskin eniş qeydə alınıb. ABŞ-ın əsas fond indeksləri 5–6%-dən çox dəyər itirib, Avropa və Asiya-Sakit okean regionunda da satışlar güclənib.
Crossmedia.az xəbər verir ki, noyabrın 13-dəki bağlanış göstəriciləri ilə müqayisədə noyabrın 19-na qədər ABŞ-ın “Dow Jones” indeksi 6,21%, “S&P 500” indeksi 5,10%, “Nasdaq Composite” indeksi isə 5% ucuzlaşıb.
Təkcə noyabrın 19-da “Dow Jones” indeksi 1 101,11 bənd və ya 2,19% azalaraq 49 097,06 bəndə düşüb. “S&P 500” indeksi 147,80 bənd və ya 2,02% geriləyərək 7 175,83 bəndə, “Nasdaq Composite” indeksi isə 550,68 bənd və ya 2,25% azalaraq 23 879,20 bəndə enib.
“NYSE Composite” indeksi 1,78% azalaraq 23 139,80 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,59% geriləyərək 34 028,73 bənd təşkil edib.
Avropa fond bazarlarında da bütün əsas indekslər ucuzlaşıb. “Euro Stoxx 50” indeksi 0,66% azalaraq 6 113,86 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi isə 0,93% geriləyərək 10 452,68 bəndə düşüb.
Almaniyanın “DAX” indeksi 1,06% azalaraq 25 463,81 bənd, Fransanın “CAC 40” indeksi 0,81% geriləyərək 8 080,74 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 0,97% ucuzlaşaraq 19 186,20 bənd təşkil edib.
Asiya-Sakit okean regionunda da bütün əsas indekslər geriləyib. Yaponiyanın “Nikkei 225” indeksi 2 630,63 bənd və ya 4,43% azalaraq 56 813,58 bəndə, “TOPIX” indeksi isə 3,14% geriləyərək 3 702,35 bəndə düşüb.
Honq-Konqun “Hang Seng” indeksi 1,86% azalaraq 22 416,14 bəndə, Çinin “CSI 300” indeksi isə 1,70% geriləyərək 3 916,97 bəndə enib.
Avstraliyanın “S&P/ASX 200” indeksi 1,39% azalaraq 8 608,80 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 0,96% geriləyərək 242,47 bəndə düşüb.
Analitiklərin qiymətləndirmələrinə görə, fond bazarlarında davam edən satış dalğasına süni intellekt şirkətlərinin yüksək qiymətləndirilməsi, bu sahəyə yatırılan investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə dair qeyri-müəyyənlik təsir göstərib.
Texnologiya sektorundakı satışların digər sahələrə yayılması qlobal fond indekslərinə təzyiqi artırıb. ABŞ-ın “S&P 500” indeksi 2025-ci ilin aprelindən bəri ən böyük həftəlik itkiyə doğru irəliləyir.
10:01 20.11.2026
Oxunuş sayı: 103