Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə çalışan iki neft tankerində partlayışlardan sonra yanğın baş verdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib.
Qurumun iddiasına görə, tankerlərdən biri dəniz minasına düşüb. ABŞ qırıcılarının müşayiət etdiyi bildirilən ikinci tankerdə isə partlayış baş verib və yanğın başlayıb.
Hadisə ilə bağlı məlumatlar hələlik SEPAH-ın açıqlamasına əsaslanır.
16:43 10.11.2026
Oxunuş sayı: 104