Tramp administrasiyası sənədləri məhv etməkdə ittiham olunur
ABŞ Konqresinin demokrat üzvlərinə məlumat verən şəxslər Tramp administrasiyasının Daxili İşlər Nazirliyinin Vaşinqtonda prezident Donald Trampın tikinti layihələri ilə bağlı sənədləri məhv etdiyini iddia ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "CNN"məlumat yayıb.
Məlumat verən şəxslərin sözlərinə görə, sənədlərin məhv edilməsi yanvar ayında Konqresdə demokratların nəzarəti ələ almasına qədər həyata keçirilir.
Demokratlar federal qurumlardan müvafiq sənədlərin qorunmasını, silinmiş məlumatların bərpa edilməsini və sənədlərin məhv edilməsi prosesinin dayandırılmasını tələb edirlər.
Daxili İşlər Nazirliyi isə irəli sürülən ittihamları rədd edərək, onları “100 faiz yalan” adlandırıb.
16:25 10.11.2026
Oxunuş sayı: 82