Fransa XİN: Avropa Rusiya ilə təhlükəsizlik danışıqlarına tələsməyəcək
Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa Ukraynadakı münaqişə başa çatana qədər Rusiya ilə yeni təhlükəsizlik arxitekturası barədə danışıqlar aparmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib.
O, belə bir mövzunun Avropanın iştirakı olmadan müzakirə edilə bilməyəcəyini də vurğulayıb.
15:30 10.11.2026
Oxunuş sayı: 96