Rusiyalı turist Şri-Lankada okeanda boğulub
Şri-Lankada 30 yaşlı Rusiya vətəndaşı Hind okeanında çimərkən boğulub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Newswire" məlumat yayıb.
Hadisə noyabrın 9-da Bentota kurort şəhərinin sahillərində baş verib.
Polis bildirib ki, turist güclü dalğalardan özünü qoruya bilməyib.
15:27 10.11.2026
Oxunuş sayı: 91