Ukrayna nümayəndə heyəti bütün sülh məsələlərini müzakirə etmək mandatı alıb
Ukrayna nümayəndə heyəti müharibənin başa çatması ilə bağlı bütün məsələləri müzakirə etmək üçün Prezident Volodimir Zelenskidən mandat alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib.
O, Əbu-Dabidə keçirilən danışıqlarda müharibənin başa çatdırılması ilə bağlı geniş məsələlərin müzakirəsinə hazır olduqlarını vurğulayıb.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə danışıqların Rusiya və Ukrayna xalqlarının maraqları naminə sülhə doğru irəliləyişə imkan yaradacağına ümid etdiyini bildirib. O, həmçinin ABŞ-yə sülh səylərinə görə təşəkkür edib.
14:58 10.11.2026
Oxunuş sayı: 80