Sançes: İspaniya heç bir xarici paytaxtdan idarə olunmayacaq
İspaniyanın Baş naziri Pedro Sançes ölkəsinin texnologiya oliqarxlarının və beynəlxalq ifrat sağçı hərəkatın təsiri altına düşməsinə imkan verməyəcəklərini bildirib.
Crossmedia.az xəbər verir ki, Pedro Sançes bu barədə çıxışı zamanı danışıb.
O, Xavyer Miley, Donald Tramp, Jair Bolsonaro və Viktor Orbanı eyni beynəlxalq ifrat sağçı hərəkatın təmsilçiləri adlandırıb. Sançesin sözlərinə görə, bu hərəkat Elon Musk kimi texnologiya sahəsində fəaliyyət göstərən oliqarxlar tərəfindən də maliyyələşdirilir.
Baş nazir iddia edib ki, həmin qüvvələrin məqsədi İspaniyanı öz təsirləri altına salmaqdır.
“İspaniyanın texnologiya oliqarxlarının və ispan xalqının maraqlarına qarşı fəaliyyət göstərən beynəlxalq ifrat sağçı hərəkatın müstəmləkəsinə çevrilməsinə imkan verməyəcəyik. İspaniya suveren dövlətdir və Madrid istisna olmaqla, heç bir paytaxtdan idarə olunmayacaq”, – deyə Sançes bildirib.
13:07 10.11.2026
Oxunuş sayı: 101