ABŞ Ukraynanın inzibati sərhədlərinin dəyişdirilməsini təklif edib
ABŞ Rusiya ilə mümkün sülh razılaşması çərçivəsində Ukraynanın inzibati sərhədlərinin yenidən müəyyənləşdirilməsi variantını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “The Economist” nəşrinin məlumatına görə, təklif Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinin dəyişdirilməsini nəzərdə tutur.
Nəşrin yazdığına görə, bu yanaşma Rusiyaya Ukraynanın nəzarətində qalan şəhərləri ələ keçirmədən hər iki vilayət üzərində tam nəzarətə sahib olduğunu bəyan etmək imkanı verə bilər. Jurnal bu ideyanı “xəritə üzərində manipulyasiya” kimi xarakterizə edib.
Bununla belə, ərazilərə nəzarət, təhlükəsizlik təminatları və mümkün sülh razılaşmasının digər şərtləri ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.
12:57 10.11.2026
Oxunuş sayı: 83