Əbu-Dabidə Ukrayna ilə bağlı sülh danışıqları başlayıb
Əbu-Dabidə Ukrayna üzrə sülh danışıqları başlayıb. Bu görüşlər ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə keçiriləcək üçtərəfli müzakirələrdən əvvəl baş tutur.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar noyabrın 10-11-də davam edəcək.
Görüşlərdə Ukrayna nümayəndə heyətinə Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə Vladimir Medinski rəhbərlik edir. ABŞ-ni danışıqlarda Stiv Uitkoff və Cared Kuşner təmsil edir.
Danışıqların əsas mövzularından biri Ukrayna üçün təhlükəsizlik təminatlarıdır. Avropa ölkələrinin nümayəndələri də Əbu-Dabidə olacaq, lakin üçtərəfli müzakirələrdə birbaşa iştirak etməyəcəklər.
12:54 10.11.2026
Oxunuş sayı: 90