İran ABŞ-ni 7 şərti qəbul etməyə çağırıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-ni Tehranın irəli sürdüyü yeddi şərti qəbul etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Rzayi bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
O, İrana qarşı müharibənin ABŞ hökumətinə ciddi zərbə vurduğunu iddia edib və Vaşinqtonu çıxılmaz vəziyyətdə olan oyunçuya bənzədib.
Rzayi ABŞ-ni mövcud olmayan danışıqlar barədə saxta xəbərlər yaymaqda ittiham edib və Qərbi Asiyada yeni nizamın formalaşdığını qəbul etməyə çağırıb.
“İndi İranın dəfələrlə irəli sürdüyü yeddi şərti qəbul etməyin vaxtıdır”, – deyə o, paylaşımında qeyd edib.
12:09 10.11.2026
Oxunuş sayı: 93