Rusiyanın Novqorod vilayətində aviasiya zavoduna hücum edilib
Ukrayna pilotsuz uçuş aparatları noyabrın 10-na keçən gecə Rusiyanın Novqorod vilayətində yerləşən 123 saylı təyyarə təmiri zavodunu hədəfə alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın monitorinq kanalları məlumat yayıb.
Məlumata görə, hücum Staraya Russa şəhərində, Velikiy Novqoroddan 60 kilometr cənubda yerləşən zavoda həyata keçirilib. Hadisədən sonra müəssisənin ərazisində yanğın baş verdiyi bildirilir.
Zavoda dəyən ziyanın miqyası hələlik məlum deyil.
11:34 10.11.2026
Oxunuş sayı: 86