Netanyahu milli birlik hökumətinin yaradılmasını istəyir
İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə milli birlik hökumətinin yaradılmasına çağırıb və belə bir hökumətə “Likud” partiyasının rəhbərlik etməli olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu videomüraciətində qeyd edib ki, Knesset seçkilərində ən çox səs toplayan partiya yeni hökumətə rəhbərlik etməlidir.
“Milli birlik hökuməti təxirəsalınmaz zərurətdir. Təbii ki, belə bir hökumətə ən böyük partiya rəhbərlik etməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, Netanyahu bu açıqlamanı müxalifət lideri Qadi Ayzenkotun yeni hökuməti formalaşdırmaq mandatı almasından sonra verib.
10:18 10.11.2026
Oxunuş sayı: 103