Pit Heqsetin impiçmenti üçün səsvermə keçirilə bilər
ABŞ-nin müdafiə naziri Pit Heqsetin impiçmenti ilə bağlı təklif yenidən Konqresə təqdim edilib və sənədə iki iş günü ərzində baxılmalıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Təklif respublikaçı konqresmen Tomas Massi tərəfindən irəli sürülüb. Sənəddə Heqset İranla Konqresin razılığı olmadan müharibə aparmaqda, habelə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İmpiçment təklifi Nümayəndələr Palatasında sadə səs çoxluğu ilə qəbul edilə bilər. Heqsetin vəzifədən kənarlaşdırılması üçün isə Senatda üçdə iki səs çoxluğu tələb olunur.
09:51 10.11.2026
Oxunuş sayı: 92