Qətər sahillərində tankerə hücum edilib
Qətər sahillərində tanker iki naməlum mərminin hədəfinə çevrilib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) bu barədə məlumat yayıb.
Hadisə noyabrın 4-də Qətərin Mədinət əş-Şamal şəhərindən təxminən 50 dəniz mili (93 kilometr) şimalda baş verib.
Məlumata görə, tankerə iki naməlum mərmi ilə zərbə endirilib. Gəmi heyətinin vəziyyəti, tankerin nə dərəcədə zədələndiyi və hadisənin ətraf mühitə mümkün təsirləri hələlik məlum deyil.
Hücumun kim tərəfindən həyata keçirildiyi müəyyənləşdirilməyib.
UKMTO bölgədən keçən gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlə bağlı məlumat verməyə çağırıb. Hadisə ilə bağlı araşdırma aparılır.
15:19 05.11.2026
Oxunuş sayı: 77