Rusiya İrana 90 raket buraxılış qurğusu verməyə razılaşıb
Rusiya Ukraynaya qarşı müharibədə geniş istifadə etdiyi LMUR idarəolunan raketləri üçün nəzərdə tutulan 90 ədəd helikopter tipli raket buraxılış qurğusunun İrana tədarükünə razılıq verib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə əldə etdiyi Rusiya müdafiə sənədlərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət helikopterlərə quraşdırılan APU-L tipli buraxılış qurğularından gedir. Bu sistemlər Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarda istifadə etdiyi LMUR (“İzdeliye 305”) idarəolunan raketləri üçün nəzərdə tutulub.
Sənədlərdə İran tərəfi “K-10” kod adı ilə göstərilib. Həmin kod Rusiyanın silah ixracı ilə bağlı sənədlərində İranı ifadə edir.
Bununla belə, 90 buraxılış qurğusunun faktiki olaraq İrana təhvil verilib-verilmədiyi hələlik məlum deyil.
Nəşr qeyd edir ki, bu razılaşma Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın genişləndiyini göstərir.
15:06 05.11.2026
Oxunuş sayı: 75