Azərbaycan "ASAN xidmət" modelinin verdiyi töhfəyə görə BMT sertifikatına layiq görülüb
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan Respublikasını "ASAN xidmət" modelinin dövlət xidmətlərinin innovativ şəkildə göstərilməsinə və № 16 Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasına verdiyi töhfəyə görə xüsusi sertifikatla təltif edib.
Crossmedia.az xəbər verir ki, sənəd Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" sammiti çərçivəsində BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Tszyunxua tərəfindən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə təqdim edilib.(Report)
10:49 05.11.2026
Oxunuş sayı: 98