Putinlə Uitkoff arasında danışıqlar başa çatıb
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Sankt-Peterburqda keçirilən danışıqlar başa çatıb.
Crossmedia.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə məlumat yayıb.
Görüş Sankt-Peterburqdakı Konstantinovski sarayında keçirilib.
Danışıqların əsas mövzularından biri Ukraynada müharibənin dayandırılması və sülh prosesinin irəlilədilməsi olub.
Görüşdə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib.
Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpasının vacibliyini vurğulayıb.
Putin isə ABŞ Prezidenti Donald Trampla Çində mümkün görüş məsələsini gündəmə gətirib.
Danışıqların yekun nəticələri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
16:12 21.10.2026
Oxunuş sayı: 45