Putin Tramp ilə yeni görüş məsələsini gündəmə gətirib
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Donald Trampla Çində mümkün görüşü, humanitar məsələləri və dizel yanacağı tədarükünü müzakirə edib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” agentliyi bu barədə məlumat yayıb.
Oktyabrın 21-də Sankt-Peterburqda keçirilən görüşdə Putin Trampla Çində mümkün danışıqlar məsələsini gündəmə gətirib.
Rusiya Prezidenti, həmçinin humanitar məsələlərin həllinə göstərdikləri diqqətə görə Donald Trampa və ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkürünü çatdırmağı xahiş edib.
Görüş zamanı Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair razılaşma da müzakirə olunub.
Putin bildirib ki, Rusiya dizelinin ABŞ-yə göndəriləcəyi barədə açıqlamadan sonra dünya bazarlarında bu yanacağın qiyməti 5–6% azalıb.
Onun sözlərinə görə, dizel yanacağı daşıyan ilk tankerlər iki-üç gün ərzində yola salınacaq.
Rusiya lideri ilk tankerin təxminən 40 min ton dizel yanacağı daşıyacağını, daha sonra isə digər tankerlərin göndəriləcəyini açıqlayıb.
14:50 21.10.2026
Oxunuş sayı: 92