Kitab sərgisinə pulsuz avtobuslar ayrılıb
Bakıda keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin ziyarətçiləri üçün ödənişsiz avtobus xidməti təşkil olunub.
Crossmedia.az xəbər verir ki, sərginin təşkilatçıları bu barədə məlumat yayıblar.
Oktyabrın 21–27-də “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və əks istiqamətdə xüsusi avtobuslar fəaliyyət göstərəcək.
Avtobusların əsasən 20 dəqiqəlik intervallarla hərəkət etməsi nəzərdə tutulub.
Qeyd edək ki, 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.
Həm sərgiyə giriş, həm də avtobuslardan istifadə ödənişsizdir.
14:33 21.10.2026
Oxunuş sayı: 124