Rusiya Ukraynaya hücum taktikasını dəyişib
Rusiya ordusu Ukraynaya qarşı “Geran” pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlarda yeni marşrutlardan istifadə etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “Moskovski Komsomolets” nəşri bu barədə istefada olan aviasiya general-mayoru Vladimir Popova istinadən məlumat yayıb.
Ekspertin sözlərinə görə, Rusiya pilotsuz uçuş aparatları artıq yalnız şərqdən qərbə doğru hərəkət etmir, daha mürəkkəb manevrlər həyata keçirir.
Popov bildirib ki, dronlar Ukraynanın qərb istiqamətində sərhədboyu ərazilərinə doğru uçduqdan sonra istiqamətlərini dəyişərək gözlənilməz tərəflərdən hücum edirlər.
Onun iddiasına görə, bu taktika Ukraynanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini çətinləşdirir.
“Qarşı tərəf dronların şərqdən, şimal-şərqdən və cənub-şərqdən gəlməsini gözləyir. Lakin onlar tamamilə başqa istiqamətdən yaxınlaşırlar”, – deyə ekspert vurğulayıb.
Popovun sözlərinə görə, yeni manevrlər Ukraynanın hava hücumundan müdafiə imkanlarının effektivliyini azaltmağa hesablanıb.
Qeyd edək ki, Rusiyanın yeni hücum taktikasının effektivliyi ilə bağlı ekspertin iddiaları müstəqil şəkildə təsdiqlənməyib.
15:55 21.10.2026
Oxunuş sayı: 79