Ağ Evdə dəyişiklik: Tramp yeni mətbuat katibinin adını açıqladı
ABŞ Prezidenti Donald Tramp konservativ şərhçi Katie Zacharianı Ağ Evin yeni mətbuat katibi təyin edib. Zacharia Karoline Leavittdən sonra bu vəzifəni tutacaq.
Crossmedia.az xəbər verir ki,Hazırda Tramp Media & Technology Group şirkətində kommunikasiya üzrə baş məsləhətçi kimi çalışan Zacharia daha əvvəl ABŞ Daxili Təhlükəsizlik Departamentində sözçü vəzifəsində qısa müddət fəaliyyət göstərib. O, həmçinin Fox News və Newsmax-da siyasi şərhçi kimi çıxış edib.
Tramp sosial media paylaşımında Zacharianı “sadiq və parlaq tərəfdar” adlandırıb və onun MAGA hərəkatına bağlılığını xüsusi vurğulayıb. Prezident bildirib ki, Zacharianın media, Amerika ictimaiyyəti və administrasiya ilə yaxşı işləyəcəyinə əmindir.
Zacharia isə təyinatını ABŞ prezidentinə və Amerika xalqına xidmət etmək üçün “ömrünün ən böyük şərəfi” kimi qiymətləndirib.
Qeyd edək ki, Karoline Leavitt avqust ayında Ağ Evdəki vəzifəsini tərk edib. O, noyabrın 1-dən Fox News-da efirə çıxan siyasi şərhçi kimi fəaliyyətə başlayacaq.
11:31 10.10.2026
Oxunuş sayı: 77