Türkiyədə cinayətkarlara qarşı böyük əməliyyat: 714 qaçaq ölkəyə qaytarıldı
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkənin mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsinin xaricdə də davam etdirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, nazir qeyd edib ki, yeni nəsil mütəşəkkil cinayət qrupları ilə mübarizə aparılarkən onların xaricdə də təqibi davam etdirilir. Onun sözlərinə görə, qarşıdakı günlərdə Almaniya və İtaliya ilə bu istiqamətdə proqramlar və qarşılıqlı səfərlər davam etdiriləcək.
Bildirilib ki, 2026-cı ilin ilk 9 ayında Türkiyədə 625 mütəşəkkil cinayət qrupuna qarşı 1 741 əməliyyat keçirilib. Bu qruplardan 22-nin beynəlxalq əlaqələrinin olduğu müəyyən edilib.
Həmçinin qeyd olunub ki, Türkiyədə cinayət törətdikdən sonra xaricə qaçan 714 şəxsin ilin ilk 9 ayında Türkiyəyə qaytarılması təmin edilib.
13:01 09.10.2026
Oxunuş sayı: 202