Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 36 %-ə yaxın artıb
Bu il oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 milyard 363,4 milyon ABŞ dolları təşkil edib.
Crossmedia.az quruma istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,4 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 33,4 %, son 1 ildə isə 35,8 % artıb.
12:05 02.10.2026
Oxunuş sayı: 46