İran PUA-ları İraqda qərargah vurub
İranın pilotsuz uçuş aparatları İraq Kürdüstanının Koya şəhərində Kürdüstan Demokrat Partiyasının qərargahına hücum edib.
Crossmedia.az xəbər verir ki, “Kurdish Front News” bu barədə məlumat yayıb.
Məlumata görə, hücum İran PUA-ları ilə həyata keçirilib və hədəf Koya şəhərində yerləşən Kürdüstan Demokrat Partiyasının qərargahı olub.
Hücum nəticəsində ölən və yaralananların olub-olmaması, eləcə də qərargaha dəyən ziyanın həcmi barədə məlumat verilməyib.
Hadisə ilə bağlı İran və İraqın rəsmi qurumları tərəfindən açıqlama verilib-verilmədiyi barədə də məlumat yoxdur.
09:35 28.09.2026
Oxunuş sayı: 43