Avropada enerji təhlükəsi: Aİ ölkələrinə təcili tədbir çağırışı
Avropa İttifaqı enerji bazarında mümkün böhranla bağlı xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen Aİ ölkələrinin enerji nazirlərinə göndərdiyi məktubda İranla müharibə fonunda enerji təchizatında yaranan fasilələrin ciddi qiymət artımlarına səbəb ola biləcəyini bildirib.
Yorgensen qeyd edib ki, enerji təchizatında yaranan problemlər səbəbindən Avropa İttifaqı enerji daşıyıcılarının qiymətləri ilə bağlı böhranla üzləşib.
Avropa Komissiyasının nümayəndəsi üzv ölkələri qış mövsümünə hazırlıq məqsədilə qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı təcili tədbirləri nəzərdən keçirməyə çağırıb.
Bildirilib ki, enerji tədarükündə sabitliyin qorunması və mümkün çatışmazlıqların qarşısının alınması Avropa ölkələri üçün əsas prioritetlərdən biridir.
15:51 26.09.2026
Oxunuş sayı: 36