Paşinyan: Naxçıvanla dəmir yolu əlaqəsinin bərpası Fars körfəzi ilə Qara dənizi birləşdirəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsinin bərpasının Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu bağlantısını da bərpa edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ermənistan hökumətinin rəsmi saytı bu barədə məlumat yayıb.
Paşinyan bunu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan yaxın vaxtlarda sovet dövründə mövcud olmuş və sonradan dağıdılmış Mehri və Yeraskh dəmir yolu hissələrini bərpa etməyi planlaşdırır.
Baş nazir bildirib ki, Ermənistan-Azərbaycan, o cümlədən Ermənistanla Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpası beynəlxalq logistika baxımından da əhəmiyyətli olacaq.
Paşinyanın sözlərinə görə, bu layihələr Çin, Mərkəzi Asiya, Türkiyə və Avropa İttifaqını birləşdirən yeni dəmir yolu marşrutlarının yaranmasına imkan verə bilər.
O qeyd edib ki, Ermənistanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu əlaqəsinin bərpası Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu bağlantısının da bərpasına şərait yaradacaq.
Paşinyan bu imkanların region ölkələri üçün iqtisadi və logistika baxımından əhəmiyyət daşıdığını bildirib.
14:38 25.09.2026
Oxunuş sayı: 43