Bu rayonda işıq olmayacaq- SƏBƏBİ AÇIQLANDI
Sentyabrın 24-də Ağdaş və Mingəçevirdə bir sıra hava xətlərində təmir və xəttə toxunan ağacların budanması işləri aparılacaq.
Crossmedia.az xəbər verir ki, Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 10 kV-luq "Şıxlı" və "Kotavan" hava xətlərində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək və 13:00-dan 17:00-dək şəhər ərazisində Ərəş və İbrahim Qaradağlı küçələri, həmçinin rayonun Ağzıbir, Aşağı Zeynəddin, Xınaxlı, Kotavan, Qaraoğlan, Qumlaq, Mürsəl, Pirəzə, Şıxlı, Yeniarx kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Mingəçevir EŞ-yə daxil olan 6 kV-luq hava xəttində təmir və elektrik xəttinə toxunan ağacların budanması işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək şəhər ərazisində 20 Yanvar, Müslüm Maqomayev küçələrində enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
11:44 24.09.2026
Oxunuş sayı: 44