Ərdoğan: ABŞ ilə strateji əməkdaşlığımız hər sahədə inkişaf edir
ABŞ ilə strateji əməkdaşlığımız hər sahədə inkişaf edir.
Crossmedia.az xəbər verir ki, bu fikirıəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda keçirilən BMT sammitində çıxışı zamanı deyib.
O, enerji, aviasiya və digər kritik sektorlarda mühüm razılaşmaların əldə olunduğunu, ABŞ-nin Türkiyənin LNG təchizatçıları arasında birinci yerdə olduğunu qeyd edib. Ərdoğan bu əməkdaşlığı nüvə enerjisi də daxil olmaqla bütün enerji sahələrinə genişləndirməyi hədəflədiklərini vurğulayıb.
06:50 24.09.2026
Oxunuş sayı: 48