Culfada yük avtomobili yandı
Culfa rayonu ərazisində qoşqulu yük avtomobili yanıb.
Crossmedia.a xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Scania" markalı yük avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və 1 ədəd qoşqusu yanıb, digər qoşqu yanğından mühafizə olunub.
10:57 23.09.2026
Oxunuş sayı: 38