Azərbaycan və Böyük Britaniya arasında yaşıl enerji dəhlizləri və interkonnektor layihələrində bu ölkənin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Crossmedia.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bu barədə müzakirələr P. Şahbazovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dankan Normanla görüşündə aparılıb.
Nazir bildirib ki, səfir Dankan Normanla görüşdə enerji tərəfdaşlığınını yeni istiqamətləri müzakirə edilib: "BP ilə enerji tərəfdaşlığımızın yeni layihələrlə genişləndirilməsi, təmiz enerjiyə keçid, yaşıl enerji dəhlizləri və interkonnektorlar üzrə əməkdaşlıq, Britaniya şirkətlərinin bu layihələrdə iştirakı, eləcə də Hökumətlərarası Komissiyanın qarşıdakı iclası ilə bağlı fikir mübadiləsi apardıq".