Fransa Aİ-ni Rusiya sanksiyaları ilə bağlı təəccübləndirib
Fransa Rusiyaya qarşı fərdi sanksiyaların uzadılması prosesinə müdaxilə edərək Avropa İttifaqını təəccübləndirib.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının səfirləri Rusiyaya qarşı fərdi sanksiya siyahılarının müddətini sentyabrın 15-də başa çatmazdan əvvəl uzatmağa çalışırlar. Slovakiya isə sanksiyaların əsas müddəalarına etiraz edir. Bu prosesə Fransanın da müdaxilə etməsi Aİ ölkələrinin nümayəndələri üçün gözlənilməz olub.
Məqalədə Fransanın müdaxiləsinin sanksiyaların uzadılması üzrə danışıqların gedişinə necə təsir edəcəyi barədə əlavə təfərrüat verilməyib.
12:48 14.09.2026
Oxunuş sayı: 44