World Athletics-dən rusiyalı atletlərlə bağlı yeni mesaj gəldi
World Athletics təşkilatının prezidenti Sebastyan Kou rusiyalı atletlərin beynəlxalq yarışlara buraxılması məsələsinin həll edilməsinin vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kou “Reuters”ə açıqlamasında deyib. O vurğulayıb ki, təşkilatın mövqeyi dəyişməyib və məsələ siyasət və ya idmançıların pasportu ilə deyil, yarışların bütövlüyü ilə bağlıdır.
Bununla yanaşı, Kou World Athletics-in əsas məqsədinin dünya səviyyəli yarışlarda mümkün qədər tam iştirakçı heyətinin təmin edilməsi olduğunu bildirib. Təşkilat iyulun 3-də rusiyalı atletlərin beynəlxalq turnirlərdən kənarlaşdırılmasını uzadıb. Rusiya Atletika Federasiyası isə qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edib.
22:07 13.09.2026
Oxunuş sayı: 47