30 yaşlı qadının uçuşu gözlənilməz sonluqla bitdi - SƏMADA...
Rusiyanın Novı Urengoy şəhərindən olan 30 yaşlı qadın Krasnoyarskdan Novı Urengoya uçan təyyarədə oğlan uşağı dünyaya gətirib.
Crossmedia.az xəbər verir ki, Yamalo-Nenets Muxtar Dairəsinin “VKontakte”dəki rəsmi səhifəsi bu barədə məlumat yayıb.
Uçuş zamanı qadının doğuş sancıları başlayıb. İlkin tibbi yardımı təyyarə bələdçiləri göstərib. Ekipaj vəziyyət barədə təyinat hava limanını məlumatlandırıb və təyyarəni orada hava limanının feldşeri Svetlana Trapiznikova, həmçinin təcili tibbi yardım briqadasının əməkdaşları Vera Vilkova və Orxan Sadikov qarşılayıb.
Həkimlər müayinədən sonra doğuşu təyyarənin göyərtəsində qəbul etmək qərarına gəliblər. Doğuş uğurla başa çatıb və 51 santimetr boyunda, 2 kiloqram 980 qram çəkidə oğlan uşağı dünyaya gəlib.
Hazırda ana və uşaq doğum evindədir. Onların səhhətinin və həyatının təhlükə altında olmadığı bildirilir.
21:17 13.09.2026
Oxunuş sayı: 62