Peskov: Modi və Si Cinpin Ukrayna məsələsində vasitəçilik təklif etdilər
Peskovun sözlərinə görə, Hindistanın Baş naziri Narendra Modi və Çin Prezidenti Si Cinpin Ukrayna üzrə nizamlanma prosesinə dəstək vermək üçün vasitəçilik imkanlarını təklif ediblər.
Crossmedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Narendra Modi və Si Cinpinin Ukrayna münaqişəsinin nizamlanmasına yardım göstərməyə hazır olduqlarını bildiriblər.
Rusiya Prezidenti Vladimir Putin bu hazırlığı müsbət qarşılayıb və tərəfdaşlarına Ukrayna münaqişəsi ilə bağlı vəziyyət barədə ətraflı məlumat verib.
Peskovun açıqlaması Ukrayna üzrə diplomatik təmasların yenidən intensivləşdiyi bir vaxtda səslənib. Hazırda Moskva ABŞ vasitəçiliyi ilə danışıqların bərpasına açıq olduğunu bildirir.
12:56 13.09.2026
Oxunuş sayı: 35