İran prezidentindən Trampın siyasətinə ETİRAZ: Ziddiyyətli açıqlamalar
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranla bağlı ziddiyyətli açıqlamalar verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian bu barədə açıqlama verib.
İran prezidenti qeyd edib ki, Trampın bir gün İranı məhv etməkdən danışdığını, digər gün isə İranın dostu olduğunu söylədiyini vurğulayıb.
“Bir gün İranı məhv etməkdən danışır, başqa gün İranın dostu olduğunu deyir. Hansı bəyanata əsaslanmalı olduğumuzu bilmirik”, – Pezeşkian bildirib.
Pezeşkianın son açıqlamaları İranın ABŞ ilə münasibətlərində diplomatik yanaşmanı önə çıxardığı bir vaxtda səslənib. O, daha əvvəl də problemlərin müharibə yolu ilə deyil, dialoq və danışıqlar vasitəsilə həll edilməsinin tərəfdarı olduğunu bildirib.
11:39 13.09.2026
Oxunuş sayı: 47