ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranla əlaqəli 14 fiziki şəxs və 5 təşkilatı sanksiya siyahısına əlavə edib.
Crossmedia.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bu barədə məlumat yayıb.
Məlumata görə, sanksiyaya məruz qalan fiziki şəxslər və təşkilatlar İraq, Livan, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir.
ABŞ tərəfi onların İran İslam Respublikası və Livandakı Hizbullahla əlaqəli olduğunu bildirib.
11:22 11.09.2026
Oxunuş sayı: 51